Saakaşvili yaratdığı partiyadakı qarşıdurmaya münasibət bildirib

Saakaşvili yaratdığı partiyadakı qarşıdurmaya münasibət bildirib backend

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "Vahid Milli Hərəkat"dakı (VHM) qarşıdurmanı şərh edərək, partiyadaxili intriqalarla maraqlandırmadığını bildirib.

Qaziler.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.

“Yəqin ki, partiya bu yolu getməli idi” deyən Saakaşvili qeyd edib ki, “bu proseslər” nəticəsində partiya ancaq güclənəcək.

“Mən də tamamilə rus oliqarxı və Rusiya ilə bu mübarizəylə yüklənmişəm (Lavrov bu yaxınlarda Avropada çıxışının mühüm hissəsini mənə həsr etdi). Ona görə də mən Gürcüstan üçün ruslara, onların əlaltılarına qarşı mübarizə aparıram və məni daxili intriqalar maraqlandırmır”, - Saakaşvilinin Facebook səhifəsində dərc olunan bəyanatda deyilir.

Vahid Milli Hərəkat bir neçə aydır ki, daxili qarşıdurma şəraitində fəaliyyət göstərir. Əgər təxminən bir il əvvəl partiyadaxili müxalifət Nika Meliyanın istefasını tələb edirdisə, bu gün Levan Xabeişvilinin istefası tələblərini eşitmək olur.

Xatırladaq ki, Vahid Milli Hərəkat Gürcüstanda Qızılgül inqilabından sonra hakimiyyətə gələn Mixail Saakaşvili tərəfindən qurulan siyasi partiyadır.

QAZİLER,AZ

Diaspora