Rusiya prezidenti Vladimir Putin uşaq vaxtı anasının onu necə küncə qoymasından danışıb.
Qaziler.az bildirir ki, onun sözlərini TASS sitat gətirir.
"Anam məni küncə qoydu, nəyə görə olduğu yadımda deyil, bir müddət ətrafda gəzdi, mənə qəzəblə ilə baxıb soruşdu: "Üzr istəyəcəksən, ya yox?" Bir sözlə, məsələ onun məni öpməyə başlaması ilə sona çatdı, məni özü küncdən çıxardı və bütün hekayə beləcə bitdi”, - deyə dövlət başçısı bildirib.
Rusiya Prezidenti deyib ki, o vaxt onun dörd yaşı tamam deyildi.
Putin bu əhvalatı “Birincilər Hərəkatı”nın Pyatiqorskda keçirilən müşahidə şurasının ikinci iclasında Voloqda vilayətindən olan media mərkəzinin tələbələrinin uşaqlığının ən xoş xatirəsi ilə bağlı sualına cavab verərkən deyib.
QAZİLER.AZ