Ukrayna əsgərləri Zaporojyedə Rusiyanın kəşfiyyat dronunu vurublar

Ukrayna əsgərləri Zaporojyedə Rusiyanın kəşfiyyat dronunu vurublar backend

Ukrayna hərbçiləri bu gün, dekabrın 5-də Zaporojye vilayətində Rusiyaya məxsus PUA-nı məhv ediblər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Vostok” Hərbi Hava Komandanlığına istinadən məlumat yayıb.

"Saat 12:00-a olan məlumata görə, Zaporojye vilayətində düşmənin kəşfiyyat PUA-sı məhv edilib", - məlumatda deyilir.

Hərbçilər düşmənin pilotsuz təyyarəsinin tipini dəqiqləşdirməyib, həmçinin düşmən obyektinin məhv edildiyi ərazi barədə məlumat verməyiblər.

QAZİLER.AZ

Diaspora