İstanbulun Avcılar rayonunda mətbəxdə tavada qızardılan yağın alovlanması nəticəsində yanğın baş verib.
Qaziler.az bildirir ki, güclənən alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın Tahtakale rayonunda yerləşən qida fabrikində baş verib.
Ocağın üstündə tavada yemək qızardan işçi qazanın qapağını bağlayıb oradan çıxıb. Bir müddət sonra qazandan tüstü qalxıb və daha sonra qazan alovlanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib. Xilasetmə qrupları mətbəxdə baş verən yanğını qısa müddətdə söndürüb.
QAZİLER.AZ