General döyüş postunda öldürülüb - Qubernator

General döyüş postunda öldürülüb - Qubernator backend

"Xüsusi hərbi əməliyyat zonasında (Ukraynada gedən müharibə - red.) Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadski öldürülüb".

Qaziler.az bildirir ki, bu barədə dekabrın 4-də Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Zavadski döyüş postunda həlak olub.

Qusev generalın ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin Zavadskinin adının Rusiyanın şöhrət salnamələrində əbədi qalacağına əminliyini bildirib.

QAZİLER.AZ

Diaspora