Cümə namazından sonra İstanbuldakı məscidlərdə fələstinlilər üçün dualar edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərdəki bütün məscidlərdə, başda Ayasofya, Sultanahmet, Eyüp Sultan, Süleymaniyyə, Mihrimah Sultan, Taksim və Çamlıca məscidlərində qılınan cümə namazından sonra İsrailin hücumlarına məruz qalan fələstinlilər üçün Qurani-Kərim oxunub.
"İmamların qıldıqları duada Allahın müsəlmanlara kömək etməsini və düşmənlərini zəlil etməsini arzulanıb", - məlumatda deyilir..
Dualara camaat da qoşulub.
QAZİLER.AZ