Türkiyədə məktəbli avtobusu qəza etdi: 2-si ağır olmaqla 21 yaralı

Türkiyədə məktəbli avtobusu qəza etdi: 2-si ağır olmaqla 21 yaralı backend

Ağrı-İran magistral yolunda Ağrı Özəl OSB Peşə və Texniki Anadolu Liseyinin şagird avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən qəzada 2-si ağır olmaqla 21 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Xəstəxanada vəziyyəti ağır olan iki şagird Berfin Yaka və Alican Yürük əməliyyata alınıb. Xəsarətləri həyati təhlükəsi olmayan digər yaralıların müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

QAZİLER,AZ

Diaspora