Türkiyənin Mersin şəhərində PKK tərəfdarlarına qarşı keçirilən əməliyyat zamanı 4 nəfər saxlanılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mersinin Tarsus rayonunda sosial media platformalarında PKK/KCK terror təşkilatını tərifləyən və dəstəkləyən paylaşımlar etdiyi və keçmişdə küçə olaylarında iştirak etdiyi aşkarlanan 4 şübhəli polisin keçirdiyi əməliyyatla saxlanılıb.
Vilayət Təhlükəsizlik Müdirliyindən verilən açıqlamaya görə, PKK/KCK silahlı terror təşkilatına qarşı aparılan araşdırmada təşkilatı tərifləyən və dəstəkləyən yazılarla müxtəlif sosial media platformalarında təbliğat apardıqları müəyyən edilən 4 şübhəlinin tutulması üçün əməliyyat keçirilib.
Onların həmçinin 2014, 2015 və 2016-cı illərdə küçə aksiyalarında iştirak etdiyi aşkarlanıb.
QAZİLER,AZ