Ukraynalı snayperlər Avdeyevkada bir saat ərzində Rusiyanın 12 hərbçisini öldürüb...- VİDEO

Ukraynalı snayperlər Avdeyevkada bir saat ərzində Rusiyanın 12 hərbçisini öldürüb...- VİDEO backend

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin snayperləri Avdeyevka istiqamətində 12 rusiyalı hərbçini məhv edib, 3-nü isə yaralayıb. Bunu etmək üçün onlara cəmi bir saat lazım gəlib.

Qaziler.az bildirir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələrinin Telegram kanalında məlumat yayılıb.

"XƏQ cəbhənin ən çətin sahələrində işləyir. Onlardan biri də Avdeyevka istiqamətidir", - mesajda deyilir.

Xüsusilə, orada cəmi bir saat ərzində vüsusi əməliyyat snayperləri düşmənin 12 canlı qüvvəsini məhv edib.

“Ukraynalı hərbçilərin mövqelərinə yaxınlaşmağa cəhd edən daha üç işğalçı yaralanıb”, - deyilən məlumatda  əlavə edilib ki, snayperlər 920-1170 metr məsafədə işləyib.

QAZİLER.AZ

 

Diaspora