Hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş deputatla bağlı işi məhkəməyə göndəriblər. O, dövlətə xəyanətdə və qanunsuz varlanmada ittiham olunur.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Milli Antikorrupsiya Bürosuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, təqsirləndirilən şəxs 2019-2022-ci illər ərzində Ukraynaya qarşı təxribat fəaliyyətinə görə Rusiya Federasiyasının hüquq-mühafizə və kəşfiyyat orqanlarından azı 567 min dollar alıb.
Xüsusilə, o, beynəlxalq aləmdə Ukraynanın imicini gözdən salmaq, ABŞ və Ukrayna arasında diplomatik münasibətləri korlamaq, habelə Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını çətinləşdirmək məqsədi daşıyan hərəkətlər edib.
Ukrayna Milli Antikorrupsiya Bürosunun dərc etdiyi fotoşəkilə əsasən, söhbət keçmiş deputat Andriy Derkaçdan gedir.
Xaricdə gizləndiyi üçün sabiq xalq deputatı şübhə ilə bağlı qiyabi məlumatlandırılaraq axtarışa verilib.
UMAB xəbər verir ki, keçmiş millət vəkili aşağıdakı maddələr üzrə mühakimə olunacaq:
Dövlətə xəyanət;
Qanunsuz varlanma.
Onu əmlakı müsadirə olunmaqla on beş ilə qədər həbs gözləyir.
QAZİLER.AZ