Keçmiş arvadının yataq otağında dinləmə cihazı quraşdırdı - 4 il həbs gözləyir

Keçmiş arvadının yataq otağında dinləmə cihazı quraşdırdı - 4 il həbs gözləyir backend

Gürcüstan Xüsusi İstintaq Xidməti Tbilisidə keçmiş həyat yoldaşının evində dinləmə cihazları quraşdırmaqda ittiham olunan 44 yaşlı kişini saxlayıb. Onu 4 ilə qədər həbs gözləyir.

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, bununla bağlı məlumatda deyilir: “İstintaq müəyyən edib ki, Tbilisidə yaşayan 1979-cu il təvəllüdlü təqsirləndirilən şəxs keçmiş həyat yoldaşının mənzilinin qonaq və yataq otağında bir neçə aydır ki, gizli dinləmə aparatları quraşdırıb,  şəxsi mesajları qanunsuz olaraq izləyib".

Həmin şəxs məhkəmənin qərarı ilə həbs edilib. İstintaq Cinayət Məcəlləsinin 158-ci maddəsinin birinci hissəsi - telefon danışıqlarını dinləmə və şəxsi danışıqları qeydə alma ilə aparılır.

QAZİLER.AZ

Diaspora