Türkiyədə yaxın günlərdə yaz istisi yaşanacaq - FOTO

Türkiyədə yaxın günlərdə yaz istisi yaşanacaq - FOTO backend

Türkiyədə temperaturun yüksəlməsi və hava şəraitinin dəyişməsi ilə bağlı məlumatları paylaşan meteorologiya rəsmiləri vətəndaşlara şad xəbər veriblər.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, yaxın günlərdə ölkədə yaz fəsli başlayacaq və isti günlər yaşanacaq.

Sözügedən istilərin həftəsonu gözlənildiyi qurumun tvitter hesabında qeyd edilib.

"Sabah (cümə) yenidən cənub-qərbə qayıdırıq. Bu dəfə dünən gecəki kimi olmayacaq. Cənub-qərb küləyi ilə havanın temperaturu normadan yuxarı qalxacaq. Həftə sonu 81 əyalətdə günəşli, isti, yaz havası gözlənilir. İstanbul və İzmirdə temperatur 20 dərəcəyə yüksələcək. Həftəsonundan maksimum yararlanmaq istəyənlərə elan edilir”, - paylaşımda qeyd edilib.

QAZİLER.AZ

Diaspora