Noyabrın 28-də Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində işğal olunan kənddə rusiya hərbçilərinin içlas keçirdikləri binaya zərbələr endiriblər. Rusiya ordusunun yüksək rütbəli zabitləri məhv edilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
“Dünən etinasız qalmayan yerli sakinlərin verdiyi məlumatlar sayəsində Xerson rayonunun müvəqqəti işğal olunmuş Yubileynoye kəndində işğalçıların toplantısının keçirildiyi binaya zərbə endirilib”, - məlumatda deyilir.
Partizanların qeyd etdiyi kimi, uğurlu əməliyyat nəticəsində Rusiya ordusunun beş zabitinin məhv edildiyi məlum olub.
QAZİLER.AZ