Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.
Məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantının gündəliyinə Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatlarının müzakirəsi də daxildir. (oxu.az)