Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzadakı son hadisələrin müzakirə olunacağı BMT Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada: “Cənab nazir Qəzzada son hadisələrin müzakirə ediləcəyi BMT Təhlükəsizlik Şurasının 29 noyabr 2023-cü il tarixli sessiyasında iştirak etmək üçün Nyu Yorka səfər edəcək. Nazir səfər zamanı İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqasının 11 noyabr 2023-cü il tarixli Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilmiş qərarların davam etdirilməsi məqsədilə yaradılmış qrupun digər üzvləri ilə bir sıra təmaslar quracaq”, - qeyd olunub.
QAZİLER.AZ