Odessada 3 nəfər donaraq ölüb

Odessada 3 nəfər donaraq ölüb backend

Ukraynanın Odessa şəhərində qar yağışı nəticəsində 3 nəfər donaraq ölüb.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna nəşri noyabrın 27-də yazıb.

“Odessada pis hava səbəbindən donaraq ölən 3 nəfərin cəsədi tapılıb”, - məlumatda deyilir.

Ukraynanın “Dumskaya” nəşri də bir qadın və iki kişinin öldüyünü təsdiqləyib.

Noyabrın 27-nə keçən gecə Ukraynanı Aralıq dənizi siklonu vurub. Belə ki, qar yağır, güclü külək əsir. Ölkənin daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, ən çətin vəziyyət Odessa vilayətində qeydə alınıb.

QAZİLER.AZ