Türkiyədə 18 əyalətdə eyni vaxtda antiterror əməliyyatı: 98 nəfər saxlanılıb

Türkiyədə 18 əyalətdə eyni vaxtda antiterror əməliyyatı:  98 nəfər saxlanılıb backend

Türkiyə Daxili İşlər Nazirliyi terror təşkilatı PKK/KCK-ya qarşı 18 vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyatlarda 98 şübhəlinin tutularaq saxlanıldığını açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, son olaraq qardaş ölkənin Daxili İşlər Nazirliyi 18 vilayətdə terror təşkilatı PKK/KCK-ya qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə Şöbəsinin koordinasiya etdiyi əməliyyatda eyni vaxtda terrorçulara qarşı basqınlar həyata keçirilib.

Nazirlik əməliyyat zamanı 98 şübhəlinin saxlanıldığını açıqlayıb.

QAZİLER.AZ

Diaspora