Türkiyədə 4 əsgəri ildırım vurdu

 Türkiyədə 4 əsgəri ildırım vurdu backend

Türkiyənin Çanaqqala bölgəsində Boğaziçi və Qarnizon Komandanlığına ildırım düşməsi nəticəsində yaralanan 4 əsgər xəstəxanaya aparılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Çanaqqalada güclü yağış öz təsirini göstərib.

Fırtınanın gün boyu təsirli olduğu şəhərdə gecə saatlarında davam edən yağışla birlikdə Boğaziçi və Qarnizon Komandirliyindəki Nara burnuna ildırım düşüb.

İldırım vurması nəticəsində 4 əsgər yaralanıb.

Əsgərlərdən ikisi Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanasına, digər ikisi isə Çanaqqala Onsekiz Mart Universiteti (ÇOMÜ) Xəstəxanasına aparılıb.

Əsgərlərin sağlıq durumunun kafi olduğu bildirilib.

QAZİLER.AZ

Diaspora