Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub, Ankara, Konya və Giresunda həmçinin 10 nəfər yaralanıb. Ankarada xəsarət almış şəxslər hərbçilərdir. Belə ki, kazarmada hərbi qulluqçuların üzərinə şüşə düşüb.
AFAD bildirib ki, ölkənin 16 şəhərində 198 vətəndaş xilas edilib.