Sabiha Gökçəndə bəzi reyslər təxirə salındı

Sabiha Gökçəndə bəzi reyslər təxirə salındı backend

Türkiyənin İstanbul şəhərində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən Sabiha Gökçen Beynəlxalq Hava Limanında noyabrın 25-də və 26-da bəzi reyslər ertələnəcək.

QAZİLER.AZ  Publika.az-a  istinadən xəbər verir ki, bu barədə Hava Limanı İdarəsi və Aviasiya Sənayesi (HEAŞ) açıqlama yayıb.

“Ölkə ərazisində və Sabiha Gökçen Hava Limanında gözlənilən mənfi meteoroloji şəraitlə əlaqədar olaraq 25 noyabr 2023-cü il tarixində uçuşların 5 faizinin və 26 noyabr 2023-cü il tarixində saat 14:59-a qədər olan uçuşların 15 faizinin təxirə salınması qərara alınıb. Sərnişinlərin uçuşları ilə əlaqədar son durumu müvafiq aviaşirkətin internet saytları və çağrı mərkəzlərindən öyrənmələri tövsiyə olunur”, – qurum ictimaiyyətin diqqətinə çatdırıb.

 

 

Diaspora