Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentə ölkənin silahlı qüvvələrinin Liviyaya göndərilməsi üçün verilən icazənin müddətinin uzadılmasını təklif edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, prezidentin Liviyada Türkiyənin hərbi kontingentin qalma müddətinin 24 ay uzadılması təklifi TBMM-yə təqdim edilib.
Qeyd edək ki, Türkiyə parlamenti ilk dəfə 2020-ci ilin yanvarında Liviyaya bir il müddətinə hərbçilərin göndərilməsinə icazə verib. Mandat vaxtaşırı uzadılır.