“Rusiyalı köçkünlər Ermənistanda xoş qarşılanır” - Paşinyan

“Rusiyalı köçkünlər Ermənistanda xoş qarşılanır” - Paşinyan backend

“Rusiyalı köçkünlərin Ermənistanda mövcudluğu sevinclə qarşılanır”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, ruslar gəlibləri ilə ölkəyə yeni rəng və görünüş bəxş edirlər.

“Rusiyadan köçənlərə gəlincə, onların gəlişi bizi çox sevindirir. Onlar bizim gözümüzdən qaçan çox şeyin fərqinə varırlar. Özümüzə başqasının nəzərləri ilə baxanda, özümüzü daha yaxşı tanıyırıq. Kənardan olan bir çox təəssüratlar bizə özümüz haqqında məlumat verə, müəyyən hadisələri başa düşülən hala gətirə və düşüncələrimizi dəyişə bilər”, - Paşinyan bildirib.

QAZİLER.AZ

Diaspora