Kadırov Belqorodı kimin qoruduğunu açıqlayıb

Kadırov Belqorodı kimin qoruduğunu açıqlayıb backend

“Belqorod vilayətində terror aktları törətmək cəhdləri yatırılır”.

Qaziler.az xəbər verir ki, bunu Çeçenistanın lideri Ramzan Kadırov “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, İsmayıl Aquevin komandanlığı ilə “Zapad-Axmat” batalyonunun hərbçiləri bölgənin əmin-amanlığının keşiyində dayanır.

Düşmənin Belqorod vilayətinin ərazisində təxribat törətmək cəhdlərinin qarşısı dərhal alınıb. Düşmənin planları bu dəfə də həyata keçmək üçün baş tutmayıb”, - Kadırov yazıb.

“Əməliyyat tədbirləri nəticəsində düşmənin qalası, eləcə də orada yerləşən şəxsi heyət məhv edilib”, - Kadırov əlavə edib.

QAZİLER.AZ

Diaspora