Yunanıstana qaçmaq istəyən PKK-lı yaxalandı

Yunanıstana qaçmaq istəyən PKK-lı yaxalandı backend

Yunanıstana qaçmağa çalışan terror təşkilatı PKK üzvü olan şəxs Ədirnədə saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, təhlükəsizlik qüvvələri hərbi məhdudiyyətli bölgədə keçirdikləri əməliyyat zamanı Yunanıstana keçmək istəyən terror təşkilatı PKK üzvü F.Y.-ni yaxalayıb.

“Silahlı terror təşkilatına üzv olmaq” və “dövlətin birliyini və bütövlüyünü pozmaq” ittihamları ilə axtarışda olduğu öyrənilən şübhəli nəzarətə götürülüb.

QAZİLER.AZ

Diaspora