Rusiyada OMON əməkdaşları Moskva vilayətində "Wildberries" anbarına basqın ediblər.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, reyd zamanı təhlükəsizlik qüvvələri "Elektrostal" Çeşidləmə Mərkəzinin əməkdaşlarına hərbi komissarlığa çağırış vərəqələri verib.
Rusiya Qvardiyasının nümayəndələrini ilk növbədə Rusiyada qeyri-qanuni yaşayan əməkdaşlar, eləcə də bu yaxınlarda Rusiya vətəndaşlığını qəbul edən və hərbi qeydiyyatdan keçməyən şəxslər maraqlandırıb. Sonuncu kateqoriyalı vətəndaşlar avtobuslara mindirilib. Bəzi məlumatlara görə, onları hərbi komissarlığa aparılıb.
Məlum olub ki, çeşidləmə mərkəzinin işçilərini hərbi komissarlığa aparmaq üçün azı iki avtobusdan istifadə edilib.
QAZİLER.AZ