Türkiyənin Qaziantep bölgəsində toyda gəlinin keçmiş ərinin yaxınları tərəfindən həyata keçirilən silahlı hücumda 1 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə yerli vaxtla saat 22.30 radələrində Şehitkamil rayonunun Aydıntəpə məhəlləsində baş verib. İddialara görə, məhəllədə keçirilən küçə toyunda gəlinin keçmiş ərinin yaxınları tərəfindən silahlı basqın edilib. Toy yerində təsadüfi açılan atəş nəticəsində 5 nəfər yaralanıb.
Hadisədən sonra toy məkanında böyük çaxnaşma yaşansa da, sonra əraziyə çoxlu sayda polis və təcili yardım briqadası göndərilib. Silahlı hücumda yaralanan 5 nəfər ətrafdakı vətəndaşların köməyi ilə Şehitkamil Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanaya yerləşdirilən 3 uşaq atası 32 yaşlı Murat Karanın bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və o, həyatını itirib.
Toy evi yas evinə çevrildi, xəstəxanada geniş təhlükəsizlik tədbirləri alınıb.
Yaralıların müalicə olunduğu xəstəxanada polis qrupları tərəfindən geniş təhlükəsizlik tədbirləri alındı.
Polis silahlı hücumu etdikdən sonra qaçan şəxsi axtarır..
QAZİLER.AZ