Türkiyənin paytaxtı Ankaranın Polatlı rayonunda 28 yaşlı gəlin mübahisədən sonra qayınanasının boğazını kəsərək öldürüb.
Qaziler.az bildirir ki, polis şübhəlini saxlayıb.
Əldə edilən məlumata görə, səhər yeməyi zamanı 28 yaşlı Merve D. ilə qayınanası 70 yaşlı Kezban D. arasında mübahisə düşüb. Mübahisə zamanı gəlini Merve D qayınanasının boğazını kəsib.
Xəbər üzərinə hadisə yerinəpolis və təcili yardım briqadası gəlib.
Polis şübhəli Merve D.-ni saxlayıb.
İki uşaq anası olduğu aşkarlanan gənc qadının bir ildir əri və qayınanası ilə bir evdə yaşadığı, psixoloji problemlərinin olduğu və müalicə aldığı öyrənilib.
QAZİLER.AZ