Rusiyada hərbçilərin arvadları ərlərinin geri qaytarılmasını tələb edirlər

Rusiyada hərbçilərin arvadları ərlərinin geri qaytarılmasını tələb edirlər backend

Rusiyanın Samara vilayətindən səfərbər edilmiş hərbçilərin arvadları ərlərinin xüsusi əməliyyat zonasından (Ukraynadan) qaytarılmasını tələb ediblər.

Qaziler.az bildirir ki, bu barədə 63.ru portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, rusiyalı qadınlar təşəbbüs qrupunda birləşib, onların nümayəndələri Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin qəbulunda hərbçilərin qayıtmasını tələb edib. 

Hərbçilərdən birinin həyat yoldaşı: "Bizim ərlərimiz antisanitar şəraitdə yaşayırlar. Bizə deyirlər ki, “çürük, kiflənmiş çörək yeyirlər”, - deyib.

Cəbhədəki gündəlik problemlər arasında hərbçi arvadlar siçanların həyat yoldaşlarına zərər verdikləriniqeyd ediblər. “Siçanlar gecələr birbaşa yataqların üstünə çıxır, əsgərlərin ətrafında qaçırlar. Gəmiricilər əsgər yeməklərini yeyir və sursatını korlayır. Onların çoxunu biz özümüz şəxsi vəsaitimizlə almışıq. Biz nə edək”, - təşəbbüs qrupunun üzvlərindən biri bildirib.

Bundan əlavə, rus qadınlarının fikrincə, cəbhədə olarkən ərləri mülki peşələrdə ixtisaslarını itirirlər.

Deputat Xinşteyn rus qadınlarına Rusiya prezidenti Vladimir Putinin əməliyyatın sonuna qədər xüsusi əməliyyat zonası iştirakçısı statusunu saxlamaq qərarını xatırladıb, lakin onların müraciətlərini Müdafiə Nazirliyinə göndərəcəklərini vəd edib.

QAZİLER.AZ

 

Diaspora