Ukraynalı aktyor Aleksandr Krıjanovski 66 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə onun oğlu Vladimir Facebook-da məlumat verib.
“Atam Aleksandr Krıjanovski bu gecə ürək tutmasından və digər ağırlaşmalardan vəfat etdi. Vida yaxın bir neçə gün ərzində onun həyatının son 25 ilini keçirdiyi yerdə - Peçersk Teatrında baş tutacaq. Tarix və saat daha sonra açıqlanacaq”, – o yazıb.
Krıjanovski 1957-ci ildə Kiyevdə anadan olub. Kiyev Teatr İncəsənəti İnstitutunda və Dram İncəsənət Məktəbində, Moskvada GİTİS-in rejissorluq şöbəsində təhsil alıb.
Krıjanovski aktyor kimi Kiyev Estrada Teatrında, Gənc Teatrda və Podoldakı Teatrda fəaliyyət göstərib. 1999-cu ildə Peçerskdə Yeni Dram Teatrına rəhbərlik edib və onun direktoru olub. 2018-ci ildə Krıjanovski Ukraynanın əməkdar artisti adına layiq görülüb.
Krıjanovski "Sevastopol döyüşü", "Maç", "Major", "Döyüş dövrünün qanunlarına görə", "Anna German. Ağ Mələyin sirri” kimi filmlərdə rol alıb.
QAZİLER.AZ