İstanbulda terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyat zamanı tutulan 6 qeyri-qanuni mühacir deportasiya edilmək üçün Vilayət İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
İstanbul Polis İdarəsi Terrorla Mübarizə Qrupları terror təşkilatı İŞİD-ın fəaliyyətinin aşkarlanması və qarşısının alınması üçün işlərə başlayıb.
Texniki və fiziki izləmə nəticəsində təşkilatla əlaqəsi olduğu müəyyən edilən şübhəlilərə qarşı əməliyyat təşkil edilib.
10 rayonda və 15 ünvanda eyni vaxtda reydlər keçirilib. 13 şübhəli saxlanılıb.
Əməliyyatın aparıldığı ünvanlarda tutulan 6 qeyri-qanuni mühacir deportasiya olunmaq üçün əyalət immiqrasiya idarəsinə təhvil verilib.
QAZİLER.AZ