Ukrayna ballistik raketləri və digər obyektləri izləmək üçün ABŞ-dan qısa mənzilli "Sentinel" radarlarıalmaq istəyir.
Qaziler.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu tələb Kiyevin Rusiyadan enerji infrastrukturuna növbəti hücumlardan narahatlığı ilə bağlıdır.
Qeyd edək ki, "Sentinel" qısa mənzilli radarları ballistik raketləri, aşağı sürətli dronları, təyyarələri, helikopterləri və digər obyektləri izləmək üçün nəzərdə tutulub.
QAZİLER.AZ