Son mənzilə yola salınan məşhur aparıcı Metin Ucanın dəfnində gərginlik yaşanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 62 yaşında dünyasını dəyişən Ucanın cənazə namazı zamanı gərginlik yaşanıb. Bu zaman imam və dəfn mərasimində iştirak edən şəxslər vəziyyətə reaksiya verib və gərginlik aradan qalxıb.
Qeyd edək ki, aparıcı Kocaelidə keçirdiyi avtomobil qəzasından sonra yerləşdirildiyi xəstəxanada vəfat edib.
Metin Uca 1961-ci ildə İstanbulda doğulub. O həm də yazıçı olub. Uca bir çox xarici filmlərin dublyajlarını da edib. O ilk dəfə 1987-ci ildə “Anadolu xəbər agentliyi”ndə müxbir kimi fəaliyyətə başlayıb.
1989-cu ildən isə TRT-də çalışmağa başlayıb. Daha sonra Metin Uca Kanal D, Show TV, Atv ve Star TV kimi reytinqli televiziyalarda müxtəlif layihələrin aparıcısı olub. "Günaydın Türkiye" , "Passaparola" kimi proqramlarının aparıcılığını edib.
QAZİLER.AZ