Tehranda İran parlamentinin binası qarşısında bir nəfər atəş açıb

Tehranda İran parlamentinin binası qarşısında bir nəfər atəş açıb backend

İran parlamentinin binası yaxınlığında bir nəfər atəş açıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Tehranda İran parlamentinin qarşısında atəş açan şəxs təhlükəsizlik və polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə İranın “Nour News” agentliyi noyabrın 21-də “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“İslam Şurası Məclisinin binası qarşısında naməlum şəxs tapançadan atəş açıb. O, dərhal təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq həbs edilib”, - məlumatda deyilir.

Zərərçəkənlər, eləcə də təfərrüatlar barədə məlumat verilmir.

QAZİLER.AZ

Diaspora