Vanda terror əməliyyatı: 19 nəfər saxlanılıb

Vanda terror əməliyyatı:  19 nəfər saxlanılıb backend

Ötən həftə Vanda terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 19 şübhəli yaxalanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Van vilayət polis idarəsindən verilən açıqlamaya görə, terror təşkilatlarının ifşası və fəaliyyətlərinə son qoyulması istiqamətində işlər davam edir.

Bu çərçivədə Polis İdarəsi qruplarının 13-19 noyabr tarixləri arasında həyata keçirdiyi əməliyyatlarda 13 PKK/KCK, 2 FETÖ və 4 dini sui-istifadə terror təşkilatı şübhəlisi yaxalanıb.

Şübhəlilər barəsində məhkəmə tədbirləri görülüb.

QAZİLER.AZ

Diaspora