“Salome Zurabişvili bir imza ilə övladlarıma atalarını qaytara və ən əsası Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə videokonfrans vasitəsilə çıxış edən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib.
Eyni zamanda, Saakaşvilinin sözlərinə görə, Salome Zurabişvili Fransanın “Le Monde” qəzetinə müsahibəsində Rusiya oliqarxiyası ilə bağlı düzgün fikirlər səsləndirib.
“Mən Salome Zurabişvilidən nəsə xahiş etmək istəmirəm, onun dediyi bir neçə məqama toxunmaq istəyirəm. O, bildirir ki, mənim dediklərimə görə özümü daha yaxşı hiss edirəm. Mən ruhən də özümü daha yaxşı hiss edirəm, çox gümraham, çünki sonda inanırdım ki, bizim gücümüz var, qələbəmizi qazanmaq üçün bu qüvvələri birləşdirmək lazımdır. Təbii ki, ruhən və fiziki cəhətdən güclənmişəm, təəssüf ki, həkimlər daha yaxşı olduğumu təsdiq edə bilmirlər. Xanım Salome deyir ki, artıq xaricə getmək istəyim yoxdur. Məsələ ondadır ki, bu mənim istəyimdən asılı deyil. Təəssüf ki, reabilitasiyam bir müddət Gürcüstandan kənarda qalmağı tələb edir. Bu belədir və təbii ki, xanım Salome bir imza ilə mənim övladlarıma atasını qaytara və ən əsası Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”, - Saakaşvili bildirib.
“Onlar sizin prezidentliyinizin sona çatmasını gözləyə bilməzlər. Çünki artıq Tsulukianini prezidentliyə hazırlayıblar ki, Tsulukiani məhbusların heç birini, o cümlədən məni azadlığa buraxmasın. Hər hansı çətinlik yaranarsa, sizi həbs də gözləyir. Onlar artıq Kaladzeni baş nazir kimi seçkilərə hazırlayırlar, çünki onlara daxildə yenidən qruplaşma lazımdır”, - Mixail Saakaşvili bildirib.
QAZİLER.AZ