Türkiyədə əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib

Türkiyədə əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib backend

Panama bayrağı altında üzən və Türkiyənin Zonquldağ vilayətinin Ereğli limanında lövbər salan quru yük gəmisi fırtına səbəbindən iki hissəyə bölünüb.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə, gəminin sahilə doğru hərəkət edən hissəsi limanın beton divarlarına çırpılaraq sahildəki amfiteatra zərər vurub. Gəmi heyəti təxliyə edilib.

Qara dənizdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən Zonquldağda yerləşən bir cəza evindəki məhkumlar təxliyə edilib.

Yağan leysan yağışı Mərmərə dənizində də suyun səviyyəsini artırıb, nəticədə Yalova vilayətinin Çınarcık rayonunun sahilyanı ərazilərini su basıb. Yalovanın Delmece yaylasında isə qarın hündürlüyü 15 santimetrə çatıb.

Bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb. Güclü qar ölkənin müxtəlif yerlərində magistral yollarda çətinliklər yaradıb.

 

 

 

 

Diaspora