Gürcüstanda mövsümi qrip əleyhinə pulsuz peyvənd davam edir

Gürcüstanda mövsümi qrip əleyhinə pulsuz peyvənd davam edir backend

Mövsümi qripə qarşı pulsuz peyvəndləmə davam edir. Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, dövlət immunizasiya proqramı çərçivəsində arzu edənlər bütün ölkə ərazisində peyvəndi almaq imkanı əldə edirlər.

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, bu ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, ilk mərhələdə əhalinin xəstəliyin ağırlaşma riski yüksək olan qruplarına pulsuz peyvənd vurulub.

“Proqram genişləndirilib, hətta risk qrupuna aid olmayanlar da mövsümi qripə qarşı pulsuz peyvənd almaq imkanı əldə ediblər.

Peyvənd altı aylıq yaşdan etibarən bu xidməti göstərən istənilən tibb müəssisəsində mümkündür və benefisiarlar üçün tamamilə pulsuzdur”, - Səhiyyə Nazirliyinin məlumatında deyilir.

QAZİLER.AZ

 

Diaspora