72 qeyri-qanuni mühacir Çanaqqalada sahilə çıxarılıb

72 qeyri-qanuni mühacir Çanaqqalada sahilə çıxarılıb backend

Şimali Egeydə Çanaqqala sahillərində həyata keçirilən 3 əməliyyatda 72 qeyri-qanuni immiqrant sahilə çıxarılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı Ayvacık mahalı sahillərində nizamsız immiqrantların olduğu rezin qayığı təsbit edib.

“KB-20” qayığı ilə bölgəyə gedən qruplar, yunan elementləri ilə yenidən Türkiyə ərazi sularına çıxarılan rezin qayıqda əfqan əsilli 23 qeyri-qanuni mühaciri xilas edib.

Digər əməliyyatda “KB-111” və “TCSG-8” qayıqları ilə eyni əraziyə gələn qruplar, hərəkətdə olan 2 rezin qayıqda Əfqanıstan vətəndaşı olan 49 qeyri-qanuni immiqrantı yaxalayıb.

Eniş edilən 72 qeyri-qanuni immiqrant əməliyyatlardan sonra Ayvacık Əcnəbilərin Repatriasiya Mərkəzinə təslim edilib.

QAZİLER.AZ

Diaspora