Rusiyanın Həştərxan vilayətində beşmərtəbəli bina qismən dağılıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Həştərxanda Privokzalnaya meydanında beşmərtəbəli binanın bir hissəsi uçub. Bu barədə Rusiya vilayətinin qubernatoru İqor Babuşkin Telegram-da məlumat verib.
O qeyd edib ki, artıq əməliyyat xidmətlərinin nümayəndələri hadisə yerinə gedib.
Həştərxan qubernatorunun tapşırığı ilə operativ qərargah yaradılıb. Beşmərtəbəli binanın sakinləri üçün qaynar xətt açılıb.
Babuşkin baş verənlərlə bağlı başqa təfərrüat verməyib. O, itkilər barədə məlumat verməyib.
Lakin “İzvestiya”ya mənbənin verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Hadisə ilə bağlı Həştərxan vilayətinin prokurorluğu araşdırma aparır.
QAZİLER.AZ