Türkiyənin müdafiə naziri Yaşar Gülər Yunanıstanla keçirilən Etimad Tədbirləri görüşünün müsbət keçdiyini və növbəti görüş üçün razılığa gəldiklərini bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki,
Milli Müdafiə naziri Yaşar Gülər AK Partiya TBMM Qrup toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Gülər F-16-larla bağlı prosesin davam etdiyini və hər hansı bir inkişaf olarsa məlumat verəcəklərini bildirib.
Ankarada Türkiyə ilə Yunanıstan arasında keçirilən Etimad Tədbirləri Görüşündən danışan Gülər görüşün müsbət keçdiyini və növbəti görüş üçün planlar qurduqlarını bildirib.
QAZİLER.AZ