Türkiyədə sərhəd bölgələrində təşkil edilən "Qalxan" əməliyyatları çərçivəsində 82 miqrant qaçaqmalçılığı təşkilatçısı və 1222 qeyri-qanuni immiqrant yaxalanıb.
Qaziler.az bildirir ki, Daxili İşlər Naziri Ali Yerlikaya xatırladıb ki, insan qaçaqmalçılığı ilə Türkiyəni qeyri-qanuni miqrasiya üçün hədəf və tranzit marşrutuna çevirməyə çalışan insan tacirlərinə imkan verilməyəcək.
Nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada son 3 gündə Türkiyə daxilində jandarm və polis tərəfindən sərhəd bölgələrində İHA, helikopter və girokopterlərin dəstəklədiyi 62 əməliyyat həyata keçirildiyini açıqlayıb.
Əməliyyatlar zamanı 82 miqrant qaçaqmalçılığı təşkilatçısı yaxalanıb. Onlardan 63-ü həbs edilib, 7-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Əməliyyatlar zamanı 1222 qeyri-qanuni mühacir tutulub.
Yerlikaya əməliyyatda iştirak edən jandarma və polisə təşəkkür edib və mübarizənin fasiləsiz davam edəcəyini vurğulayıb.
QAZİLER.AZ