Umerov Aİ ölkələrinin müdafiə nazirlərinə müraciət edib

Umerov Aİ ölkələrinin müdafiə nazirlərinə müraciət edib backend

 Ukraynanın müdafiə naziri Rustəm Umerov Aİ ölkələrinin müdafiə nazirlərinə müraciət edib: o, nazirlərə silah tədarükünün sürətləndirilməsini xatırladıb.

 Ukraynanın müdafiə naziri Rustem Umerov videobağlantı vasitəsilə Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin görüşündə iştirak edib. O, Ukrayna ordusuna silah tədarükünün sürətləndirilməsinin nə üçün vacib olduğunu xatırladıb.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Telegram-da  məlumat yayıb.

Nazir çıxışı zamanı tərəfdaşlarına Rusiya ilə müharibədə Ukraynaya sistemli dəstək verdikləri üçün təşəkkür edib.

O, həmkarlarına ötən gün hava hücumundan müdafiə diviziyasının idarəetmə məntəqəsində olduğunu bildirib.

"Tərəfdaşlarımız tərəfindən hərbi-texniki yardımın göstərilməsinin davam etdirilməsi və sürətləndirilməsi bizə təkcə müdafiəni deyil, həm də hücumu planlaşdırmağa və həyata keçirməyə imkan verir. Biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çatana qədər döyüşəcəyik", - Müdafiə Nazirliyinin başçısı deyib.

QAZİLER.AZ

Diaspora