Rusiya hərbçiləri Ukraynada iki Gürcüstan vətəndaşını əsir götürüblər

Rusiya hərbçiləri Ukraynada iki Gürcüstan vətəndaşını əsir götürüblər backend

Noyabrın 14-də Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında Ukraynada Rusiya hərbi qüvvələri tərəfindən əsir götürüldüyü bildirilən Georgi Qoqlidze adlı gürcü döyüşçü ilə bağlı video yayımlayıb.

Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əsir götürülən döyüşçü Ukrayna Silahlı Qüvvələrinin 2-ci Beynəlxalq Legionu ilə bağlıdır.

Videoda Qoqlidzenin qırıq-qırıq rus dilində əvvəlcədən yazılmış mətni oxuduğu görünür, orada o, Gürcüstan vətəndaşı olduğunu təsdiqləyir və “hər öldürülən rus əsgərinə görə 300 ABŞ dolları vəd edildiyini” deyir. Qoqlidzenin üzündə zədə izləri görünür.

“Müharibə əsirinin dediyinə görə, o, Almaniyada Kiyev rejimi tərəfindən işə götürülüb. Təlim zamanı onunla ABŞ, Fransa, Almaniya və Polşadan olan təlimatçılar çalışıb”, - Rusiya Müdafiə Nazirliyi bildirir.

Məlumata görə, Rusiya qüvvələri Giorgi Çubitidze kimi tanınan daha bir gürcü döyüşçünü saxlayıb.

QAZİLER.AZ

 

Diaspora