Ukrayna ordusunun hərbçiləri cəbhədəki vəziyyətə görə Ukrayna prezidenti Vladimir Zelenskinin istefasını tələb etmək istəyir.
Qaziler.az iz.ru-ya istinadən bildirir ki, bunu Ukraynanın eks-prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin noyabrın 13-də özünün YouTube kanalında bildirib.
"Düşünürəm ki, ordu mühitində hər şey artıq yetişib və onlar Zelenskinin istefasını istəyirlər", - Soskin hesab edir.
O qeyd edib ki, hazırda Ukrayna Silahlı Qüvvələri heç bir hücum əməliyyatı keçirmir, lakin çox çətin müdafiəni həyata keçirməyə məcburdur.
Ekspert əlavə edib ki, soyuq hava səbəbindən Ukrayna hərbçiləri daha tez-tez xəstələnməyə başlayıblar. Soskinin sözlərinə görə, eyni səbəbdən silah, mərmi və ərzaqların çatdırılması, həmçinin Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinin döyüş mövqeyindən çıxarılması pisləşir.
QAZİLER.AZ