Krım tatarlarının lideri Mustafa Krımoğlu "Ukrayna Qəhrəmanı" adına layiq görüldü

Krım tatarlarının lideri Mustafa Krımoğlu "Ukrayna Qəhrəmanı" adına layiq görüldü backend

Ukrayna prezidenti Vladimir Zelenski Krım tatar türk xalqının lideri Mustafa Abdülcemil Krımoğluna “Ukrayna Qəhrəmanı” medalını təqdim edib.

Qaziler.az bildirir ki, Ukrayna prezidentinin ofisindən verilən yazılı açıqlamaya görə, Zelenski Krımoğlu ilə görüşüb və onu 80 illik yubileyi münasibətilə təbrik edib.

Zelenski Krımoğlunu Ukraynanın qurulması və inkişafındakı şəxsi töhfələrinə, Krım tatar xalqının hüquqlarının müdafiəsində göstərdiyi cəsarət və fədakarlığına, səmərəli siyasi və ictimai fəaliyyətinə görə “Ukrayna Qəhrəmanı” adı ilə təltif edib və ona dövlət medalı təqdim edib.

Görüşdə çıxış edən Zelenski Krımoğluna Ukrayna-Rusiya müharibəsi zamanı onların yanında olduğu üçün təşəkkür edərək: "Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpasını və ədalətli qələbəni görmək üçün sizə cansağlığı arzulayıram. Krım Ukraynanındır" deyib. 

Krımoğlu, həmçinin "iki ilə yaxındır davam edən genişmiqyaslı müharibədə Ukraynanın azadlığını, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına müdafiə edən əsgərlərə verilən ən yüksək mükafatı almaqdan şərəf duyduğunu" bildirib.

QAZİLER.AZ

Diaspora