Terror təşkilatı DEAŞ-ın Suriya və İraqdakı hücumlarında istifadə etdiyi partlayıcı maddələri hazırladığı və təşkilat üzvlərinə partlayıcı hazırlama təlimi verdiyi iddia edilən şübhəli şəxs İstanbulda keçirilən əməliyyat zamanı yaxalanıb.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Şübhəlinin tutulduğu evdə partlayıcı qurğular ələ keçirilib.
İstanbul Polis İdarəsi və MİT Başçılığı ilə aparılan koordinasiyalı araşdırmalar nəticəsində əldəqayırma partlayıcılar mütəxəssisi və DEAŞ-ın İraqdakı strukturunda yüksək səviyyəli zabit olduğu müəyyən edilən A.J.A-nın İstanbulda olduğu müəyyən edilib.
Əməliyyatın aparıldığı iki ünvanda aparılan axtarışda içərisində sim kartlar olan və uzaqdan idarə oluna bilən 5 ədəd hazır bomba qurğusu, intiharçı bomba cihazlarında istifadə edilən çoxlu düymə, bir çox elektron dövrə avadanlığı, əl istehsalı partlayıcılar, rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.
Polis bölməsində prosedurları başa çatan A.J.A sövq edildiyi məhkəmədə növbətçi hakim tərəfindən həbs edilib.