Ermənistanın UNESCO-dakı daimi nümayəndəsi, Ermənistan baş nazirinin Beynəlxalq Frankofoniya Təşkilatındakı şəxsi nümayəndəsi Kristian Ter-Stepanyan ölüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Ter-Stepanyan noyabrın 7-də 72 yaşında ölüb.
Diplomat 1951-ci ildə Fransada anadan olub. Parisin VII Universitetində, filologiya və tarix fakültəsində təhsil alıb. 1991-ci ildən Ermənistan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə - Avropa departamentinin rəhbəri, müşavir, daha sonra Ermənistanın Aİ-dəki nümayəndəliyində xüsusi nümayəndə, Fransadakı səfirlikdə xüsusi nümayəndə və müvəqqəti işlər vəkili vəzifələrində çalışıb. 1999-2008-ci illərdə Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi olub.
Sonralar XİN rəhbərinin müşaviri, Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatındakı nümayəndəsi olub.
Ter-Stepanyan 2019-cu il yanvarın 17-dən Ermənistanın UNESCO yanında daimi nümayəndəsi idi.
Mənbə: Sputnik / Oxu.az