Moskvanın Zamoskvoretski Məhkəməsi boks üzrə Avropa çempionu Nikita İvanovu Moskvanın mərkəzində odlu silahdan atəş açdığına görə həbs edib.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
Boksçu iki ay həbsdə olacaq.
İvanov paytaxt obyektlərindən birinin yaxınlığında baş verən atışmadan sonra cinayət işində müttəhim olub. Bazar günü, noyabrın 5-də axşam saatlarında Şlyuzovaya sahilindəki restoranda bir nəfər şəxs travmatik silahdan atəş açıb. Onun hərəkətləri nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib, boksçunun özü isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci (“Xuliqanlıq”) ilə ittiham olunub.
QAZİLER.AZ