Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı köməkçisi Gennadi Çastyakovun faciəli şəkildə öldüyünü təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Facebook-da məlumat verib.
“Ukrayna Silahlı Qüvvələri və şəxsən mənim üçün təsvirolunmaz ağrı və ağır itkidir”, - mesajda deyilir.
Zalujnı deyib ki, bu gün faciəvi şəraitdə, doğum günündə köməkçisi və yaxın dostu, mayor Gennadi Çastyakov həlak olub.
"Hədiyyələrin birində naməlum partlayıcı qurğu işə düşüb. Gennadinin həyat yoldaşı və dörd övladı qalıb. Ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə baş komandan əlavə edib.
QAZİLER.AZ