Kadırov “vaqner”çilərin “Axmat”ın tərkibində təlim görüntülərini yayıb - VİDEO

Kadırov “vaqner”çilərin “Axmat”ın tərkibində təlim görüntülərini yayıb - VİDEO backend

Çeçenistan Prezidenti Ramzan Kadırov "Axmat"ın tərkibində keçmiş "Vaqner" döyüşçülərinin təlimlərindən video nümayiş etdirib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner" ÖHŞ-nin keçmiş döyüşçülərinin "Axmat" xüsusi təyinatlılarının tərkibində döyüş koordinasiyasından necə keçdiyindən danışıb. O, həmçinin Telegram kanalında təlimdən video yayımlayıb.

Kadırovun sözlərinə görə, "Vaqner" əsgərləri istehkamçılar, pulemyotçular, snayperlər, artilleriyaçılar üçün təlim kursları, eləcə də taktiki atış, səhra təbabəti və s. üzrə təlimləri əhatə edən geniş təlim proqramından keçirlər.

“Axmat” xüsusi təyinatlıları kəmiyyətlə deyil, keyfiyyətlə qalib gəlir. Bu fakt hər kəsə məlumdur. Və mən şadam ki, bu gün məşhur bölmənin sıralarına əla döyüş təcrübəsi olan və özlərini cəsur və səmərəli döyüşçü kimi sübut etmiş döyüşçülər qoşulub”, – Çeçenistan lideri yazıb.

QAZİLER,AZ

Diaspora